Nəsimi bələdiyyəsi “Yerli Demokratiya Həftəsi” çərçivəsində nəzərdə tutduğu tədbirləri keçirirək “Həftə”ni uğurla bağa vurub.
Bu barədə Belediyye.infoya məlumatı Nəsimi bələdiyyəsinin sədri Nazim Qaraxanov verib.
Sədrin sözlərinə görə, sakinlərlə sonuncu səyyar görüş 21 oktybar tarixində “izmit” parkında keçirilib. Bələdiyyənin məhəllə komitə sədrlərinin və fəal vergi ödəyicilərinin qatıldığı gorüşdə sədr doqquz ay ərzində bələdiyyənin gördüyü işlər, həyata keçirdiyi layihələr barədə məlumat verərək sakinlərində bələdiyyənin fəaliyyətinə dəstək verməsinin vacibliyin vurğulamışdır.
Hazırda rayon ərazisində yaşayan sakinlərin kifayət qədər vergi borcu vardır. Borclar ödənmiş olsa bələdiyyəmizdə daha böyük layihələrə imza atmış olar.
Görüşdə məhəllə komitə sədrləri və sakinlər tərəfindən qaldırılan məsələlərə aydınlıq gətirilmiş və suallar cavablandırlımlışdır.
Qeyd edək ki, bundan əvvəl Nəsimi bələdiyyəsi "Yerli Demokratiya Həftəsi" çəçivəsində sakinlərlə ilk görüşünü 54 saylı orta məktəbdə keçirib.
Görüşdə Nəsimi RiH başçısının birinci müavini xanım Gülarə Verdiyeva da iştirak edib.
Həftə ərzində Nəsimi bələdiyyəsi Azərbaycan Tibb Universitetində, Nəsimi rayonu 19 saylı, 44 saylı və 14 saylı məktəblərdə də görüşləri keçirilmişdir.
Qeyd edək ki, 44 saylı məktəbdə keçirilən görüşdə Nəsimi Bələdiyyəsinin sədr müavini Həsən Mövsümzadə tədbir iştirakçılarına bələdiyyənin fəaliyyəti barədə ətraflı məlumat verib.
Bütün görüşlərdə Nəsimi rayonunda fəaliyyətdə olan QHT-lərin və Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının təmsilçiləri yaxından iştirak etmişlər.
Belediyye.info